Bakıda keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa bilet satışı davam edir.

İqtisadiyyat.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 20 min bilet satılıb. Biletlərin qiyməti 5, 10, 15, 20, 50, 70 və 300 manatdır.

Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” oyunu saat 18:00-da başlayacaq. Matçdan əldə olunan gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə ianə ediləcək.