"Sabah" - "Beşiktaş" oyununun hakim təyinatları bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, qardaşlıq oyununun baş hakimi Tural Qurbanov, köməkçi hakimlər Vüsal Məmmədov və Rəhman İmami, dördüncü hakim isə İnqilab Məmmədov olacaq. 

"Sabah" - "Beşiktaş" matçı mayın 13-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.