Fransa Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu Ukraynada "qeyri-hökumət təşkilatlarında çalışan iki Fransa vətəndaşının ölümü"ndən sonra Xarici İşlər Nazirliyinə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynada humanitar yardım fəaliyyəti ilə məşğul olan iki Fransa vətəndaşının Rusiyanın hücumları nəticəsində öldürülməsindən sonra Rusiya səfiri Meşkov nazirliyə çağırılıb.

Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin iki Fransa vətəndaşının, humanitar yardım işçisinin Rusiyanın hücumları nəticəsində həyatını itirdiyini açıqlayıb.

Fransa prezidenti Emmanuel Makron və xarici işlər naziri Stefan Sejourne sosial media platforması "X" hesablarından verdiyi açıqlamada hücumu pisləyiblər.