Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada müharibədə iştirak edən rus qoşunlarını yoxlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Şoyqu Rusiya Cənub Hərbi Dairəsinə işgüzar səfər edib.

Nazir Şoyqunun Ukraynada döyüşən rus qoşunlarına nəzarət etdiyi qeyd edilən bəyanatda aşağıdakı ifadələrə yer verilib:

"Nazir Şoyqu xüsusi təyinatlı hərbi əməliyyat zonasında cəbhədə döyüşən bölmələrin mövqelərini yoxlayaraq qoşunların yerləşdirildiyi əraziləri dövrə vurub. Şoyqu cəbhə xəttində əsgərlərlə görüşüb, öz vəzifələrini yüksək performansla yerinə yetirdiklərinə görə əsgərlərə təşəkkür edib. Şoyquya qoşunların hərəkətləri barədə məlumat verilib. Müdafiə naziri diqqəti qoşunlara hərtərəfli dəstəyin təşkili, əsgərlərin yerləşdirilməsi üçün şərait, tibb və arxa qoşunların işinə cəlb edib”.