Rusiyanın 47 ildən sonra ilk Ay missiyası olan “Luna-25” kosmik gəmisi idarəetmədən çıxaraq Ayın səthinə çırpılıb.

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, bununla bağlı Rusiyanın kosmos tədqiqatlarını həyata keçirən "Roskosmos" ictimai təşkilatı açıqlama yayıb.

Bildirilib ki, "Luna-25" kosmik gəmisi Aya yumşaq eniş etməli idi. Lakin kosmik gəmi gözlənilmədən orbitdən çıxıb və Ayın səthinə çırpılıb.

"Roskosmos" qəzanın səbəblərini araşdırmaq üçün idarələrarası komissiyanın yaradıldığını açıqlayıb.

Qeyd edək ki, 1976-cı ildə Sovet İttifaqı tərəfindən buraxılan "Luna-24"dən sonra Rusiyanın Aya göndərdiyi ilk kosmik gəmi "Luna-25" idi.  Avqustun 11-də "Luna-25" Moskvadan təxminən 5550 kilometr şərqdə yerləşən Vostoçnı kosmodromundan orbitə buraxılıb.

Gülşən Şərif