Rusiyada baş prokurorluq iş adamı Corc Sorosun təsis etdiyi Mərkəzi Avropa Universitetinin fəaliyyətini qadağan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğundan məlumat verilib.

Corc Soros tərəfindən qurulan Mərkəzi Avropa Universitetinin qlobal medianın Rusiya əleyhinə gündəmini formalaşdırdığı iddia edilib.

Universitetin rəsmi olaraq keçmiş sovet ölkələri və Mərkəzi və Şərqi Avropa ölkələrində “açıq cəmiyyət və demokratiya” dəyərlərinə dəstək verməyi hədəflədiyini xatırladan bəyanatda universitetin maliyyələşdirilməsinin Sorosun nəzarətində olan strukturlar tərəfindən dəstəkləndiyi bildirilib.

Bəyanatda Rusiya Prokurorluğunun universitetin fəaliyyətini “arzuolunmaz” hesab etdiyi qeyd edilib və aşağıdakı ifadələrdən istifadə olunub:

“Əslində hazırda təşkilatın səyləri Rusiyanın xüsusi hərbi əməliyyatını və siyasi rəhbərliyini nüfuzdan salmağa yönəlib. Buna görə də, universitet tələbələrə Rusiya dövlətinin tarixini qəsdən dəyərsizləşdirən və təhrif edən, görkəmli rus alimlərinin, yazıçılarının və mədəniyyət xadimlərinin ləyaqətini alçaldan, dünyanın müxtəlif yerlərində baş verən fəlakətlərdə Rusiyanın günahkar olması barədə yalan bəyanatlar verən proqram təqdim edir”.