Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərindəki neft emalı zavodunda yanğın baş verib, iki nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə şöbəsi məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan biri kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı cinayət işi açıb.