Rusiyada son bir gündə daha 5 482 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 839 981nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 161nəfər artaraq 13 963-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 638 410 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 260 nəfər.report