Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderland Baş nazir Mark Rutte ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-Niderland münasibətləri və regional məsələlər müzakirə olunub.

Ərdoğan bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə diplomatik əlaqələri ən yüksək səviyyədə davam etdirir.