“Azov və Xəzər dənizi vasitəsilə İranla Rusiyanın yaratdığı iddia edilən yeni ticarət yolu hər iki tərəf üçün faydalı olacaq.”

İqtisadiyyat.az xəbər verir ki, Aleksandr Sternik Valday klubunda “Mərkəzi Asiya və Ukrayna böhranı” adlı hesabatın təqdimatında yeni marşrutun üstünlüklərindən danışan zaman bildirib:

“Belə bir marşrutun mövcudluğu uğurlu olacaq. Bu, yükümüzün Xəzər-Volqa-Azov-Qara dəniz sistemi, daha sonra Bosfor boğazı və Avropadan yan keçməklə maneəsiz çıxarılması problemini həll edəcək.”

Sternik Avropa ölkələrinin bu barədə siyasətini də şərh edib:

“Onlar bizdən yan keçməyi xoşlayırlar. Biz də Avropadan yan keçəcəyik.”

Bloomberg ekspertlərinin fikrincə, Rusiya və İran bu layihəyə 25 milyard dollara qədər sərmayə qoyacaq . Agentliyin əldə etdiyi gəmi izləmə məlumatlarına görə, onlarla Rusiya və İran gəmisi, o cümlədən sanksiya yükləri daşıyan gəmilər artıq yeni marşrutla hərəkət edir.