Rusiya və Çin yaxın günlərdə birgə dəniz təlimləri keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, Moskva və Pekin arasında birgə təlimlər dekabrın 21-dən 27-dək keçiriləcək. Təlimlər zamanı Şərqi Çin dənizində raket və artilleriya atışlarının həyata keçiriləcəyinə də açıqlanıb.