“Rusiya işsizliyin azaldılmasına nail ola bilib. Əmək bazarı əvvəlkindən daha rahatdır indi. Pandemiyadan əvvəl işsizlik 4,7 faiz idisə, indi 3,7 faizdir. Risklərin çoxunu əvvəlcədən hesablamaq mümkün deyil".

İqtisadiyyat.az bildirir ki, bu barədə prezident Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Bankından bildirilib ki, 2023-cü ilin ikinci yarısında Rusiya iqtisadiyyatının artıma keçidi üçün əsas təhlükələr kadr çatışmazlığı , texnoloji məhdudiyyətlər, eləcə də zəif xarici tələbdir.