Rusiya Fars körfəzinin demək olar ki, bütün ölkələri ilə, xüsusən də Səudiyyə Ərəbistanı və Bəhreynlə vizasız gediş-gəlişlə bağlı danışıqlara başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, tərəflər arasında münasibətlər çox yaxşı inkişaf edir.