Rusiya Ədliyyə Nazirliyi ölkədə fəaliyyət göstərən “Moskva Helsinki Qrupu” hüquq müdafiə təşkilatının ləğvi ilə bağlı iddia qaldırıb.


İqtisadiyyat.az xəbər verir ki, Moskva Şəhər Məhkəməsinin saytında yer alan məlumata görə, Nazirlik Moskva Helsinki Qrupu hüquq müdafiə təşkilatının ləğvi ilə bağlı iddia qaldırıb.

Məhkəmə Nazirliyin ərizəsini qəbul edib, lakin işin tarixi ilə bağlı hələlik məlumat verilməyib.

Moskva Helsinki Qrupu insan haqları təşkilatı 1976-cı ildə Sovet İttifaqı dövründə yaradılıb.

Moskva Helsinki Qrupunun missiyası təşkilatın saytında Rusiyada insan haqlarına riayət olunmasını və demokratiyanın qurulmasını təşviq etmək kimi müəyyən edilib. Bu məqsədlə təşkilat yarandığı gündən insan hüquqlarının pozulması hallarının aşkarlanması və Rusiya tərəfindən üzərinə götürdüyü beynəlxalq insan hüquqları öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlər görülməsi ilə məşğuldur.