İyulun ilk günlərində Rusiyanın dost ölkələrə benzin ixracının həcmi illik müqayisədə 70% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin məlumatında deyilir.
Hökumətin avtomobil benzininin ixracını iyulun 31-dək uzatmaq qərarına baxmayaraq, dost ölkələrə tədarük 2023-cü ilin iyul ayındakı gündəlik səviyyədən 70% aşağıdır.
Qeyd edək ki, Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanın müvəqqəti ləğvini bu ilin iyulun 31-dək uzadıb.
Gözəl Həşimova