Rusiya sanksiyalara görə Çinlə birgə CR-929 təyyarəsinin yaradılmasından imtina etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, TASS -a müsahibəsində Rusiyanın baş nazirin müavini, Rusiya Sənaye və Ticarət naziri Denis Manturov deyib.

Bu istəyin səbəbi CR929-un Rusiyaya tədarükünü əngəlləyə biləcək Qərb ölkələrinin sanksiyaları olub.

Onun sözlərinə görə, Çin tərəfi layihəyə müxtəlif ölkələrin müxtəlif komponent istehsalçılar iştirak edəcək. Bütün riskləri nəzərə alan belə bir format artıq Moskva üçün məqbul deyil.

Müvafiq danışıqlar 2023-cü ilin birinci rübündə aparılacaq.