Rusiya hökuməti Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Norveç və Ukraynadan gələn yük maşınlarının ölkəyə girişinə qoyulan qadağanın müddətini uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında qəbul edilib.

İstisna, əvvəlki kimi, poçt göndərişlərinin, diplomatik poçtun və humanitar yardımların daşınması üçün ediləcək. Məlumata görə, məhdudiyyət onun tətbiqi üçün əsas olmuş hallar aradan qaldırılana qədər qüvvədə qalacaq.

Qadağa ötən il Aİ-nin Rusiya və Belarus nömrəli yük maşınlarının bölgəyə buraxılmaması qərarına cavab olaraq tətbiq edilib.

 

Gözəl Həşimova