Ukrayna ordusunun keçən ay ruslardan geri aldığı Xersonda iki gündür davam edən rus hücumlarında 2 nəfərin öldüyü açıqlanıb.

Ukrayna rəsmiləri “ağır bombardmana” məruz qaldıqlarını və şəhərin liman hissəsində infrastrukturu hədəf alan hücumlar nəticəsində bütün şəhərin işıqsız qaldığını bildirib.

Qeyd edək ki, rus ordusunun Xersondan əldə edilməsi fevral ayında başlayan işğalda ən böyük geri çəkilmələrindən biri idi.