Rumıniyadakı Cincu kəndində (Brasov qraflığı) yerləşdirilən NATO döyüş qrupu 2025-ci ildə briqadaya çevriləcək və bu, hazırda 1,5 minlik gücünü 4 minə çatdırmağı nəzərdə tutur. 

İqtisadiyyat.az xəbər verirki, bu barədə Rumıniyadakı ali milli nümayəndə, fransalı general Loik Girard rumın jurnalistlərlə görüşü zamanı məlumat verib.

Bu dəyişikliyin may ayında çoxmillətli "Dacian Spring" təlimi keçirildiyi zaman baş verəcəyi gözlənilir. NATO-nun bu təliminin məqsədi tam təchiz olunmuş briqadanın çox qısa müddət ərzində Avropa sərhədlərinə yerləşdirmə qabiliyyətini yoxlamaqdır. Bu briqada bir neçə həftə Rumıniyada olacaq və təlimlər başa çatdıqdan sonra qoşunlar daimi dislokasiya ölkələrinə qayıdacaq. Briqada yerləşdirmə təlimi NATO-nun tələbi ilə təkrarlana bilər.

Fransız general qeyd edib ki, şəxsi heyətin artırılması ilə yanaşı, Çinkuya əlavə miqdarda hərbi texnika da gətiriləcək. Əgər hazırda orada 13 ədəd "Leclerc" tankı varsa, 2025-ci ildə onların sayı təxminən 50 ədəd olacaq.