Rumıniyada koronavirusa yoluxanların sayı artaraq 36 691 nəfərə çatıb.

“Report” ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 889 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2009nəfərdir.

Qeyd edək ki, Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə, təhlükəsiz məsafə saxlamağa çağırıb.