Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb.

İqtisadiyyat.az-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən məlumatına görə, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.

Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldu bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib.

Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir.