"Roma" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Bayer"i məğlub edib - 1:0.

İqtisadiyyat.az xəbər verir ki, "canavarlar"ın qolkiperi Rui Patrisio bu görüşdə iştirak etməklə Avroliqada 67-ci oyununu keçirib. Bu, turnirdə oyun sayı baxımından rekord göstəricidir.

35 yaşlı qolkiper "Roma"dan əvvəl "Sportinq"lə Avropa Liqası oyunlarına çıxıb.