"Roma"da baş məşqçi Joze Mourinyo ilə bağlı qərar verilib.

İqtisadiyyat.az xəbər verir ki, paytaxt təmsilçisi portuqaliyalı mütəxəssislə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Roma" Mourinyoya 1 illik müqavilə təklif edəcək. Komanda 2024/2025 mövsümünün sonunda Çempionlar Liqasına vəsiqə qazansa, sözləşmənin müddəti avtomatik bir il uzadılacaq.

Mütəxəssis 2021-ci ilin yayından "Roma"nı çalışdırır. Komanda bu mövsüm A Seriyasında 19 turdan sonra 29 xalla 8-ci sıradadır