Rusiyanın "Mareven Food Central" MMC şirkəti (Rollton, Bigbon məhsullarının istehsalçısı) Qərb nəhənglərinin getməsinə cavab olaraq "Sunbel Cola" adlı qazlı içki də daxil olmaqla 2022-ci ildə Rusiya bazarına bir sıra yeni məhsullar çıxarıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, artıq içkilər şirkətin strateji istiqamətlərindən biridir.  

Bundan əlavə, bu il şirkət bazara hazır qarabaşaq və yulaf məhsullarını təqdim edib.