İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib. R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırma aparılır.