Antalyada təlim-məşq toplanışında olan "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov "Radniçki" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İqtisadiyyat.az xəbər verir ki, Rəşad Sadıqov jurnalistlərin transfer məsələləri haqqındakı sualını da cavablandırıb:

"Transferlər məsələsi yubanır. Danışıq apardığımız futbolçular var amma, hər hansı bir konkretlik yoxdur. Ümid edirik ki, sonda 3-4 transfer edə biləcəyik. Olmasa belə yolumuza davam edəcəyik."