Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

İqtisadiyyat.az "trend.az" a istinadən xəbər verir ki, hakim Leyla Əsgərova sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.

Vəkil bildirib ki, prosesdə Rəşad Dağlı və zərərçəkmiş şəxsin ailə sirləri açıqlana bilər. Ona görə də vəkil prosesin qapalı keçirilməsini istəyib.

Rəşad Dağlı vəkilin vəsatətini müdafiə edib.

Müşavirədən sonra hazırlıq iclasının qərarı açıqlanıb. Qərara görə vəsatət təmin edilməyib. Hakim bildirib ki, vəsatət əsaslandırılmayıb. Ona görə də indiki mərhələdə vəsatət təmin edilməsin. Məhkəmə qərara gəlib ki,gələcəkdə keçirilən proseslərdə ailə sirlərinin açılması ilə bağlı vəsatət əsaslandırılarsa məsələyə baxıla bilər.

Prosesdə o da məlum olub ki, Rəşad Dağlının işi üzrə məhkəmə prosesində hakim Leyla Əsgərova bildirib. Hakim bildirib ki, R. Dağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə yanaşı, 228.4-cü (Qanunsuz silah saxlama) maddəsi ilə də ittiham olunur.