Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" səfərdə "Sivasspor" klubu ilə qarşılaşıb.

Matç 0-0 hesablı bərabərliklə başa çatıb.

Millimizin üzvü R.Dadaşov 59-cu dəqiqədə meydana daxil olub və sona qədər meydanda qalıb.