“Real Tikinti” MTK-nın barəsində cərimə protokolu tərtib edilib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol yazılıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İş hakim Abbas Rzayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, “Real Tikinti” MTK ölkədə çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Xatırladaq ki, 528.1-ci maddəyə əsasən, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.