"Real Madrid" klubunun fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib.

İqtisadiyyat.az xəbər verir ki, Fransa milli komandasının düşərgəsində olan futbolçu məşq zamanı sıradan çıxıb.

Belə ki, PSJ klubunun futbolçusu Usman Dembele ilə toqquşan Kamavinqanın sağ dizinin yan bağları qopub.

Həkimlərin müayinəsindən sonra bəlli olub ki, futbolçu 2-3 aylıq sıradan çıxıb.