Bakı ilə rayonlar arasında qanunsuz taksi fəaliyyəti ilə maşğul olanlar aşkarlanıb.
İqtisadiyyat.azxəbər verir ki, bununla bağlı “APA TV”-nin əməkdaşları “20 Yanvar dairəsi” və “3-cü mikrorayon dairəsi” adlanan ərazilərdə gizli çəkiliş aparıb və taksi sürüclərinin onlara təklif etdiyi qanunsuz üsulları lentə alıblar. Taksi sürücülərindən bəziləri gizli çəkiliş aparan müxbiri polis postlarından keçirəcəyinə “təminat” verib, bəziləri bunu sübut etmək üçün telefon əlaqəsi saxlayıb. Sürücülərdən biri isə postdan keçmək üçün polisə 10 manat verəcəyini bildirib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, həmin ərazi nəzarətə götürüləcək.
Sözügedən kadrları təqdim edirik: