Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib.

İqtisadiyyat.az-ın məlumatına görə, təbrik mətnində Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub. 

Qeyd edilib ki, Ramazan bayramı, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.