ABŞ , Fransa və Qvatemaladan olan beynəlxalq alimlər qrupu Qvatemalanın şimalında 2000 illik qədim Maya sivilizasiyasının itirilmiş izlərini aşkar ediblər.

İqtisadiyyat.az xəbər verir ki, kəşf haqqında Ancient Mesoamerica jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar örtü altında ərazinin xəritəsini çəkməyə imkan verən radarın lazer analoqu olan LiDAR sistemindən istifadə etməklə Qvatemalanın müxtəlif bölgələrində meşəlik əraziləri tədqiq ediblər. Lidar ümumi sahəsi 1680 kvadrat kilometr olan mindən çox qədim yaşayış məskənini müəyyən etməyə imkan verib ki, onların əksəriyyəti yollar və bəndlər şəbəkəsi ilə birləşikdir. Şəhərlər sıx məskunlaşma ilə səciyyələnməsi erkən Mesoamerikan əhalisinin seyrək məskunlaşdığı fərziyyəsinə ziddir.

Arxeoloqlar bəzi yaşayış məskənlərində iri komplekslər və piramidalar da aşkar ediblər. Bu da onların bəzilərinin iş, istirahət və siyasi fəaliyyət mərkəzi kimi xidmət etdiyini göstərir. Qədim Mayyalar arasında yayılmış top oyunları və digər idman növləri üçün də zəminlər tapılmışdır.

Məhəbbət Məmmədov