BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağına humanitar yardım paylanarkən bölgəyə hücumunu pisləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

"Baş katib Şimali Qəzzada bu gün baş verən hadisəni pisləyir, yüzlərlə insanın xilasedici yardım gözləyərkən öldüyü və yaralandığı bildirilir. Mühasirəyə alınmış şimal hissəsinin əhalisi də daxil olmaqla Qəzzada çıxılmaz vəziyyətdə qalan mülki şəxslər üçün təcili yardım lazımdır. BMT-nin bir həftədən artıqdır ki, yardım çatdıra bilmir", - bəyanatda qeyd olunub.