“Ukrayna və Rusiya arasında “effektiv” sülh danışıqları çətin ki, yaxın gələcəkdə baş tutsun”.

İqtisadiyyat.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoino Quterreş deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında çıxış edən baş katib Antoino Quterreş Rusiya və Ukrayna arasında hərbi münaqişənin davam edəcəyinə inandığını bildirib.

Ciddi sülh danışıqlarının gözləmək məcburiyyətində qalacağını bildirən Quterreş, əsl sülh üçün danışıqların yaxın gələcəkdə aparılacağına dair gümanının olmadığını qeyd edib.

O, həm də vurğulayıb ki, BMT-nin sülh danışıqları üçün səyləri "Rusiyanın ammonyakın boru kəməri vasitəsilə Ukraynanın Qara dəniz limanına ixracı" və "müharibə əsirlərinin geri qaytarılmasını sürətləndirmək" kimi digər məsələlərə yönəldilib.