Azərbaycanda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər görüşü öz işini uğurla başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:

- Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi,

- Yekun sənəd,

- Bakı Bəyannaməsi,

- Ev sahibi olan ölkəyə təşəkkür məktubu,

- 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə.