Qobustanda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

*** 11/07/2023/ 23:11

Qobustan rayonunun Cəngi kəndində avtomobil qəzası baş verib.

"İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən hadisədə iki nəfər dünyasını dəyişib iki nəfər ağır yaralanıb.