Ötən ilin oktyabrın 7-dən bəri Qəzzaya cəmi 9 mindən çox yardım maşını daxil olub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, 4 aydır intensiv hücumların həyata keçirildiyi Qəzza zolağına "Rəfah" və "Kerm Əbu Səlim" sərhəd qapılarından 9 min 831 yardım maşını daxil olub.

Açıqlamada, qida, su, yardım, tibbi ləvazimat və dərman daşıyan 6 min 947 yük maşınının "Rəfah"dan, 2 min 884 yük maşınının isə "Kerm Əbu Səlim"dən daxil olduğu qeyd edilib.

Sözügedən dövrdə Qəzzaya daxil olan yardım maşınlarının sayı gündə təxminən 95 TIR-a uyğun gəlir.

 

Gözəl Həşimova