İsrail və HƏMAS qruplaşması arasında Qəzzada davam edən döyüşlərdə ölənlərin sayı 29 195 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgədə 69 028 nəfər isə yaralanıb.

Son 24 saat ərzində Qəzzada 103 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 142 nəfər isə yaralanıb.