İsrail və HƏMAS qruplaşması arasında Qəzzada davam edən döyüşlərdə ölənlərin sayı 28 858 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgədə 68 677 nəfər isə yaralanıb.

Son 24 saat ərzində Qəzzada 83 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 125 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova