İsrail və HƏMAS qruplaşması arasında 132 gündür Qəzzada davam edən döyüşlərdə ölənlərin sayı 28 663 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgədə 68 395 nəfər isə yaralanıb.

Son 24 saat ərzində Qəzzada 87 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 104 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova