Çində növbəti 15 il ərzində pensiya yaşı artırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsi məlumat yayıb.

Çində növbəti 15 il ərzində pensiya yaşı kişilər üçün 60-dan 63-ə, qadınlar üçün isə 55-dən 58-ə yüksələcək.

1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcək tənzimləmə ilə gələcək 15 il ərzində yaş hədləri hər 5 ildən bir mərhələli şəkildə artırılacaq.

Əhalisi 2022-ci ildə ilk dəfə azalan Çin uzunmüddətli demoqrafik dəyişiklik mərhələsini yaşayır. Belə ki, ölkə əhalisi tədricən qocalır və əmək qabiliyyətli əhalinin payı getdikcə azalır. Çində 16-59 yaşlı əmək qabiliyyətli əhali 2010-2020-ci illər arasında 40 milyon azalaraq 879 milyona düşüb.

 

Gözəl Həşimova