Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, “Trident” komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.

“Art Grand Prix”dən Viktor Martins ikinci, “Prema Racing”dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.

***12:01

Bakıda keçirilən "Formula 2" üzrrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.

İqtisadiyyat.az xəbər verir ki, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.

Onlardan bir neçəsi dağılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.

***11:40

Azərbaycan Qran Prisində “Formula 2”nin əsas yarışına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, yarış saat 11:35-də başlayıb.