Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu virusa yoluxub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl-Nəsr" klubundan bildirilib. 

39 yaşlı hücumçu xəstəlik səbəbindən sentyabrın 16-da Asiya Çempionlar Liqasının I turunda İraqın "Əl-Şorta" klubu ilə səfər matçında iştirak etməyəcək.