Qəzza zolağının cənub bölgələrində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır.