İsrail və HƏMAS qruplaşması arasında Qəzzada davam edən döyüşlərdə ölənlərin sayı 28 775 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgədə 68 552 nəfər isə yaralanıb.

Son 24 saat ərzində Qəzzada 112 nəfər hərbi əməliyyatların qurbanı olub, daha 157 nəfər isə yaralanıb.

 

Gözəl Həşimova