Azərbaycan və Qətər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.

R. Nəbiyev qeyd edib ki, ölkədə səfərdə olan Qətərin nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti ilə görüş keçirilib: "İki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə etdik".