"Çexiyanın xarici işlər naziri Yan Lipavskinin Laçın yolunda “blokada”nın olması ilə bağlı 2023-cü il avqustun 22-də səsləndirdiyi reallıqdan uzaq və qərəzli iddialarını qınayırıq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Biz Çexiyanı Ermənistanın yalan siyasətinə aldanmamağa, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və onun daxili işlərinə müdaxilə etməməyə, həmçinin Çexiyanı Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmalarına imkan yaratmaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq", - bəyanatda qeyd olunur.