Qəbələ” Azərbaycan Premyer Liqasının XIII turunda bu gün “Zirə”nin qonağı olacaq.

İqtisadiyyat.az xəbər verir ki, görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Omar Hani isə məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmır.

“Zirə” - “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.