Qazaxıstanda son sutka ərzində 1 630 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma sayı 74 468-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin qurumlararası komissiyası məlumat verib.

885 nəfərdə yeni növ koronavirusun aktiv forması və 745 simptomsuz yoluxma halı aşkarlanıb.

Ölkədə koronavirusdan 585 nəfər ölüb. Buna rəğmən 43 mindən çox xəstə isə sağalıb